Tuesday, June 25, 2013

Emporium Online Shopping

Uzun müddətdir başım qarışıq olduğu üçün sizinlə paylaşmaq istədiyim yenilikləri geri plana atmaq məcburiyyətində qalıram. İndi isə əlimə düşən boş vaxtımdan istifadə edib, dərhal sizə Emporium-un online mağazasını xatırlatmaq istəyirəm.
Son 10-illikdə online ticarətin inkişafı bütün dünyada sürətlə yayılmağa başlaması ilə, Gucci, Burberry, Louis VuittonDolce & Gabbana kimi moda evləri öz saytlarında online xidmətləri genişləndirdilər, bununla yanaşı Net-a-Porter, Mr Porter, Matches Fashion, Luisa Via Romadaha bir çox multibrand online mağazalar açıldı.
Əslində online alış-veriş etməyi çox sevən biri deyiləm, çox nadir hallarda istədiyim məhsulu mağazalarda tapa bilmədiyimdə, online saytlardan alış-veriş edirəm. Lakin, online saytların ən böyük üstünlüyü, məhsullarla rahatlıqla yaxından tanış olmağa və istədiyimizə asanlıqla qərar verməyə imkan yaradır. Hətta seçdiyimizi daha sonra mağazaların özündən əldə etsək belə. Çox təəssüf ki, bütün bu saydıqlarıma baxmayaraq online ticarət sistemi ölkəmizdə hələ də inkişaf etməyib. Lakin, artıq bir neçə aydır uğurla fəaliyyət göstərən Emporium-un online mağazası, ən az Port Baku-dakı möhtəşəm butiklərinin açılışı qədər məni sevindirdi. Saytın sadəliyi, yüksək zövqlə hazırlanmış interface-i və hər həftə yenilənməsi isə xüsusilə xoşuma gəldi. İndi isə saytdan seçdiyim bəzi məhsulları sizinlə paylaşmaq istəyirəm. Asağıda gördüyünüz məhsulları online əldə etmək üçün bura (emporium.az) daxil olun.

P.S Luxury Baku blogunu Facebook-dan da izləmək üçün buraya daxil olun.


Givenchy 404AZN

Azzedine Alaia 3200 AZN

İsaia 1485 AZN

Dsquared2 305 AZN

Peter Pilotto 1411 AZN

Marc Jacobs 1078 AZN

Anna Karin Karlsson 453 AZN


Tom Ford 263 AZN

Matthew Campbell Laurenza 2034 AZN

Prada 863 AZN

Victoria Beckham 1098 AZN 

Christopher Kane 1964

Charlotte Olympia 641 AZN

Givenchy 890 AZN



Prada 358 AZN

Prada 1178 AZN

Taylor 75 AZN

Vileberquin 161AZN

Pierre Hardy 363 AZN

Prada 305 AZN
Photo source : emporium.az
Related Posts Plugin for WordPress, Blogger...